Bu günə xəbərlərin oxunma sayı: 893
— 25.04.2015 10:38

Yarpaq dolması

1 kq. ət

500 qr. quyruq

4 ədəd soğan

50 qr. düyü

100 qr. kərə yağı

1 kq. yarpaq

Şüyüd

Nanə

Reyhan

Duz, istiot

Hazırlanma qaydası: Dolmanın içini hazırlamaq üçün: əti, soğanı, düyünü, doğranmış, şüyüdü, nanəni, reyhanı, duzu və istiotu bir qabda əlinizlə yaxşıca qarışana qədər yoğurun. Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə:  Qazanda su qaynadın. Yarpaqları hissə-hissə qaynayan suda təxminən 1 dəqiqə ərzində tutun. Bu proses yarpaqların yumşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıca süzün. Saplaqlarını kəsin. Hər yarpağın ortasına təxminən 1 çay qaşığı içlik qoyun, dolmanı hər kəsin zövqünə görə istənilən formada – uzunsov və ya yumruvarı bükmək olar. Bükülmüş dolmaları qazana bir-birinə yaxın və lay-lay düzün. Dolmaların üstünə yağı və suyu tökün. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə güclü odda qaynadın. Qaynayan kimi, temperaturu azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilib, yağa düşməlidir. Dolmanı süfrəyə təqdim etdikdə yanında sarımsaqlı qatıq da vermək olar. Nuş olsun!