Bu günə xəbərlərin oxunma sayı: 893
— 25.04.2015 09:36

Toyuqlu xəngəl

Xəmir üçün:

Un

Duz

Yumurta

Su

İçlik üçün:

6 ədəd soğan

1 ədəd toyuq

Yağ

Duz, istiot

Hazırlanma qaydası: Əvvəlcə toyuğu hazırlayırıq. Bunun üçün tikələrə bölünmüş toyuq doğranmış soğanla, duzla, istiotla qarışdırılır və tavaya qoyulur. Üstünə 2 x.q. su tökülür və ətin suyu buxarlananadək bişirilir. Sonra üzərinə yağ əlavə olunur və toyuq qızardılır.

Qrutun üzərinə əvvəlcə az-az su tökərək açılır, üstünə əzilmış sarımsaq, bir az da duz əlavə edilib qarışıdırılır.

Xəmiri hazırlamaq üçün un, yumurta və sudan ələ yapışmayan xəmir yoğurulur. Kündələrə ayırılıb, nazik yuxa yayılır. Yuxa iri romblara bölünür. Qazanda su qaynadıb üzərinə duz əlavə edilir. Su qaynayan kimi xəmir rombları qazana atılır və 5-15 dəqiqə arası (bişənə qədər) bişirilir. Xəmir bişdiyi müddətdə qazanın qapağını aralı qoymaq lazımdır ki, daşmasın.

Bişmiş xəmirlər aşsüzənə tökülüb suyu süzülür. Xəngəl yastı boşqablara çəkilib, üstünə qrutla hazırlanmış sarımsaqlı qatıq, yağ, və qızardılmış toyuq qoyulub süfrəyə təqdim edilir. Nuş olsun!