• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1852
— 24.04.2015 22:30

Gəncədə peşə liseyinin yataqxanasında yanğın baş verib

Gəncədə yanğın qeydə alınıb. Hadisə şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətayi prospektinin kəsişməsində, 3 saylı Peşə Liseyinin istifadəsiz yataqxanasının dördüncü mərtəbəsində baş verib. Naməlum səbəbdən baş verən yanğın zamanı yataqxananın dəhlizinin döşəməsi 6 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN-nin Gəncə Şəhər Yanğından Mühafizə Briqadasının texnika və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.