• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3473
— 24.04.2015 22:24

30 yaşlı Gədəbəy sakini qəza törətdi

Gədəbəydə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Miskinli kənd sakini 30 yaşlı Tural Əliyev idarə etdiyi avtomillə qəza törədib. Hadisə zamanı avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Tural Əliyev qarın boşluğunun küt travması, təpə nahiyəsinin çapılmış yarası diaqnozu ilə xəstəxanaya gətirilib. Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.