• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 24.04.2015 18:17

Azərbaycanda 1 gündə 6 nəfər zəhərlənib

Ötən gün Azərbaycanda 6 nəfər zəhərlənib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 23-də Şabran rayonunun Qorgan kəndində yaşayan Mehman Tahirov, arvadı İlahə və qızı Mənzurə qidadan, Gəncə şəhərində yaşayan Rusiya Federasiyası vətəndaşı Fəridə Nəsibova dəm qazından, Xəzər rayonunun Türkan qəsəbə sakini Əfsanə Balayeva, Xırdalan şəhərində yaşayan Aynur Məlikova dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.