• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1550
— 24.04.2015 18:10

Bakıda və Gəncədə oğurluq hadisəsi qeydə alınıb

Bakıda vətəndaşa məxsus mağaza və mənzildən oğurluq edilib. Gəncədə isə mağazadan oğurluq edən iki qardaş tutulub.

Bakıda vətəndaşa məxsus mənzildə oğurluq hadisəsi qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Naməlum şəxs və ya şəxslər Bakı şəhər sakini Arzu Əliyevə məxsus mənzildən 1800 manat pul, qızıl-zinət əşyaları və mobil telefonu oğurlayıblar.

Daha bir oğurluq hadisəsi isə paytaxtın Nizami rayonunda yerləşən mağazada qeydə alınıb. Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində Nizami Abdullayev küçəsi ev 25 də qeydə alınıb. Bakı şəhər sakini, Nazim Rəfiyevə məxsus mağazadan 110 manat pul və 630 manat dəyərində ərzaq malları oğurlanıb.

Hazıda polislər hər iki hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparırlar. 

 

Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 21-də Ramin Tahirova məxsus mağazadan 450 manat və danışıq kartları oğurlayan Rəşad Hacıyev və qardaşı Ramin tutulub. Hazırda polis oğru qardaşların başqa cinayət əməllərini araşdırır. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.