
Bu gün səhər saatlarında Şəki Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində reyd keçirib. Reyd Salman Mümtaz və Aydın Məmmədov küçələrinin kəsişməsində baş tutub. Həmin ərazidə yeni quraşdırılan “Sola dönmək qadağandır” nişanının tələblərini pozan sürücülər saxlanılıb. Polisdən verilən məlumata görə, reyd zamanı 30-a yaxın avtomobil saxlanılıb. Saxlanılan sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimənib. Sürücülərin çox bu tədbirinə etirazlarını bildiriblər. Bu isə kiçik mübahisələrə səbəb olub. Onların sözlərinə görə, nişan yeni quraşdırıldığından onlar qaydanı pozduqlarından xəbərsiz olublar.
- Baxış: 272