• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 24.04.2015 17:57

Şəkidə 7 yaşlı uşaq qaynar sudan yanıb

Hadisə gecə saat 1 radələrində baş verib. Aydınbulaq kənd sakini, 2008-ci il təvəllüdlü Süsən Çərkəz qızı Abbasova yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Birinci Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Süsən Abbasovaya sağ qolun, belin, sarğı nahiyəsinin və kürəyin 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.