• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3180
— 24.04.2015 16:41

Gəncə şəhər İcra Hakimiyyəti başçısı vətəndaşların qəbulunu keçirib

YAP Gəncə şəhər Təşkilatında Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Qəbulda şəhərin hüquq mühafizə orqanları,  idarə və müəssisə rəhbərləri ilə yanaşı 100-ə yaxın şəhər sakini iştirak edib. Qəbulda işsiz vətəndaşların işlə təmin olunması, imkansız vətəndaşların qəzalı evlərin təmiri, eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemləri, onlara maddi yardımın edilməsi ilə bağlı şikayətlər dinlənilib. Bundan başqa, bəzi vətəndaşlar onlara mağaza, eləcə də ev tikmək üçün torpaq sahəsinin verilməsini xahiş ediblər. Vətəndaşların qəbulunda qaldırılan bütün məsələlər qeydiyyata alınıb, həll olunması üçün adiyyatı qrumlara tapşırıqlar verilib. Bildirib ki, bu cür qəbullar bundan sonra da keçiriləcək.