• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3174
— 24.04.2015 14:52

Düşmən tərəfin atdığı mərmi Tovuz sakininin evini uçmaq təhlükəsi ilə üz-üzə qoyub

Tovuzun Hacallı kəndində evlər ermənilər tərəfindən tez-tez atəşə tutulur. Kənd sakini Zina Fərhadovanın illlər öncə tikib-qurduğu ev də bu səbəbdən təhlükəli vəziyyətdədir. Evin hər tərəfində yaranan iri çatlar binanı uçmaq təhlükəsi ilə üz-üzə qoyub. Kənd sakini bildirir ki, bir neçə il öncə ermənilərin atdığı mərmi onun yaşadığı evin yaxınlığına düşərək həyətin torpağını göyə sovurub. Xoşbəxtlikdən güclü partlayış olmasa da ərazidə dərin çökəklik yaranıb. Mərmi hazırda binanın zirzəmisində qaldığından ev sahibi bundan narahatdır. 70 yaşlı Zina Fərhadova adiyyatı qurumların tezliklə mövcud problemə əlac edəcəklərinə ümidlidir.