• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 24.04.2015 14:13

Orhan İşık: “Çanaqqala zəfəri həqiqətən yeni dönəmin başlanğıcını qoydu”

Bu gün Çanaqqala zəfərinin 100 illiyi qeyd olunur. Müharibələr tarixinə adını yazan bu misilsiz qalibiyyət bütün Türk dünyasının zəfəridir. Qürur tarixinə Türkiyənin Gəncədəki konsulu Orhan İşıkla nəzər saldıq...

1915-ci ilin 18 martında başlayan və aprelin 24-də ölüm-dirim mübarizəsinə çevrilən Çanaqqala savaşında türklər tarixin ən parlaq qəhrəmanlıq səhifələrindən birini yazdılar. Antanta qüvvələrinin Birləşmiş Donanmasının hərbi gəmiləri Çanaqqala boğazında sulara qərq oldu. Bu, gözləntilərin əksini bəyan etdi. Məhv olan xülyalar sırasında Osmanlı xarabalıqları üzərində “Böyük Ermənistan” yaratmaq xəyalı da iflasa uğradı.

Orhan İşık– Türkiyənin Gəncədəki baş konsulu: “Çanaqqalada divara həkk olunmuş bir yazı var. “Ey yolcu dur!!! Bu topraklar bir devrin bitdiyi, yeni bir devrin başladığı topraklardır”. Həqiqətən Çanaqqala zəfəri yeni dönəmin başlanğıcını qoydu”.

Maraqlıdır, türklərin 100 illik zəfəri və ermənilərin 100 illik uydurmaları. Saxta olanı gerçək görüntüsünə salmağa çalışmaq bu tayfanın “mübarək” əməlidir desək, yanılmarıq.

Orhan İşık– Türkiyənin Gəncədəki baş konsulu: “100 il öncə kimlərlə birlikdə idik, kimlər qarşımızda idi. Bu gün kimlərlə birlikdəyik və kimlər qarşımızda?! Yəni Çanaqqalada kimlər bizimlə və İrəvanda kimlər qarşımızda”.

Bəli, bu sadəcə onların alnına yazılan xəyanətkarlıq missiyasıdır və öhdəsindən “adlarına” layiq gəlirlər. 100 il insanların həyatında böyük göstərici olsa da, dövlətlərin tarixində bəlkə də başlanğıcdır. Bir sözlə, bayraqları al qanıyla bayraq edən türk əsgərinin qüdrəti erməniləri hələ ən az yüz il də ifşa edəcək.

Zülfiyyə Telmanqızı