• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3173
— 24.04.2015 14:11

DSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edib

DSMF-nin sədri Elman Mehdiyev Gəncədə vətəndaşları qəbul edib.Görüşdə qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Jurnalistlərin suallarını cavablandıran fond sədri müraciətlərin sayında azalma olduğunu deyib.

Qəbula gələn Gəncə şəhəri, eləcə də Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların müraciətləri əsasən başqa dövlətlərin ərazisində qazanılan iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib.

Elman Mehtiyev- DSMF sədri: “Sosial sığorta stajının müəyyən edilməsi, təhsil müddətinin və digər sosial sığorta haqqı ödənilməyən dövrlərin bu staja aid edilib-edilməməsi, dövlət qulluqçusu pensiyasına görə verilən əlavələrin hesablanması qaydası, müxtəlif vəzifələrin hansı hesablanmaya cəlb edilməsi, bir sıra hallar da müavinətlərlə bağlıdır - xüsusilə dəfn müavinətinin hesablanması və ödənilməsilə əlaqədardır”.

“Açıq qapı” şəraitində davam etdirilən görüşdə 30-dək vətəndaşın müraciətlərinə baxılıb.

Elman Mehtiyev- DSMF sədri: “DSMF-yə müxtəlif instansiyalar, eləcə də birbaşa vasitələrlə ünvanlanan müraciətlər cari ilin birinci rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% azalıb. Təbi ki, bu azalmaya elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi birbaşa təsir edir”.

Qəbul zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb və fond sədri qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlərin bir qismi isə müvafiq orqanlara ünvanlanması üçün qeydiyyata alınıb.