• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 24.04.2015 10:22

Göygöl Mərkəzi Rayon Xəstəxanasında Zərifə Əliyevanın anadan olmasının 92 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib

YAP Göygöl rayon təşkilatının xətti ilə Göygöl Mərkəzi Rayon Xəstəxanasında görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib. Çıxış edənlər Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan və  qazandığı nailiyyətlərdən bəhs ediblər. Bütün bu tədqiqatların uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafatlara layiq görülüb. Oftalmoloq-alim elmi-pedaqoji fəaliyyətində həmçinin yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirib. Akademik Zərifə xanım Əliyevanın Vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğu vurğulanıb.