• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1844
— 24.04.2015 10:09

Bakıda Avropa Oyunlarının qeyri-adi tanıtım aksiyası keçirilib

Avropa Oyunlarına 50 gün qalır. Bu münasibətlə Bakının Fəvvarələr meydanında qeyri-adi tanıtım aksiyası təşkil olunub. Avropa ölkələrindən gələn 4 rəssamla birgə 8 sənətkarın iştirak etdiyi aksiyda oyunlarının maskotları Ceyran və Narın heykəlləri bəzədilib.

İnge H.Şmit- Almaniyalı rəssam: “Maskotu bəzəməkdən zövq alıram. Bu rənglərlə Avropa ilə Azərbaycanı bir arada göstərmək fikrindəyəm”.

Alberto Loro– İtaliyalı rəssam: “Narın üzərində İtaliya ilə Azərbaycanın birliyini göstərmək istəmişəm. Bu maskotun üzərindəki gülüş isə Avropa Oyunları zamanı yüksək əhval-ruhiyyənin göstəricisidir”.

Rəssamlar boyamanı bitirəndən sonra bu heykəllər oyunlar zamanı azerkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif nöqtələrində tanıtımı keçiriləcək.

Saymon Kleq- BAOƏK-nin Əməliyyatlar Üzrə Baş Direktoru: “Əlamətdar bir gündür. Çünki Avropa Oyunlarına 50 gün qalmağını qeyd edirik. Bu oyunlar Azərbaycanı bütün dünyaya təqdim etmək üçün gözəl fürsətdir”.

Saymon Kleq həmçinin 24  saatdan sonra şəhərin müxtəlif yerlərində Avropa Oyunları üçün hərəkət zolaqlarının da çəkiləcəyini bildirib. Hərəkət zolaqlarının may ayında Aksiyaya rəngarənglik qatan daha bir maraqlı hal isə Avropa Oyunlarına 50 gün qalması münasibətilə keçirilən tədbirdə gənclərin üzlərinə müxtəlif fiqurlar çəkdirmələri oldu.

Avropa Oyunlarını tanıtım tədbirinin şəhərin müxtəlif yerlərində də təşkil olunması planlaşdırılır.