• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1844
— 24.04.2015 10:07

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq superturnirində 6-cı turun görüşləri baş tutub

Günün əksər oyunlarında qalib müəyyənləşməyib. Təmsilçilərmizdən Şəhriyar Məmmədyarov Uesli Soyla, Rauf Məmmədov Vişvanatan Anandla sülh bağlayıb. Maykl Adams Maksim Vaşye-Laqrav, Aniş Qiri Maqnus Karlsen duellərində də şahmatçılar xalları yarı bölüblər. Turun maraqla gözlənilən Vladimir Kramnik Fabiano Karuana qarşılaşmasında isə italyan iti zəka sahibi sabiq dünya çempionunu ağ bayraq qaldırmağa məcbur edib.

23 aprel

VI tur

Uesli So (ABŞ, 2788) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2658) – Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5

Maykl Adams (İngiltərə, 2746) - Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 0,5:0,5 

Aniş Giri (Hollandiya, 2790) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2783) - Fabiano Karuana (İtaliya, 2802) - 0:1