• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 24.04.2015 06:02

Samuxda 5 otaqlı evdə yanğın olub

Samuxda fərdi evdə yanğın olub.

Yanğın rayonun Əsgər Zeynalov küçəsində rayon sakini 39 yaşlı Vüsal Verdiyevə məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Yanğın 9 kv-lik mətbəxdən başlayıb və 21 kv-lıq şüşəbəndə keçib. Alovu ilk görən qonşu olub və yanğınsöndürənlərə zəng edib. Alovun qonşu otaqlara və yardımçı tikililərə keçməsinin qarşısı alınıb. Evin tavanı və dam örtüyü 33 kv.m sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Evdə olanlara xəsarət dəyməyib.

Qeyd edək ki, ev sahibi 2-ci qrup gözdən əlildir.