• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 23.04.2015 17:44

MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə 32 kiloqram 800 qramdan artıq narkotik vasitənin daşınmasının qarşısı alınıb

“İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşı – Qabil Abbasov saxlanılıb, keçirilən baxış zamanı onun idarə etdiyi avtomobilin yük yerindən 220 qram heroin, 1 kiloqram 700 qram tiryək, 4 kiloqram 337 qram həşiş qətranı və 7 kiloqram 300 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan vətəndaşları – Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev saxlanılıb, baxış zamanı onlardan 9 kiloqram 900 qrama yaxın tiryək aşkarlanıb. Müəyyən edilib ki, Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni İran İslam Respublikası istiqamətindən qaçaq yolla Azərbaycanın Cəlilabad rayonunun Məlikqasımlı kəndinin ərazisinə gətiriblər.

MTN-in daha bir əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşları - Etibar Əsədov, Toğrul Həsənov, Anar Əliyev və Anar Nəcəfov saxlanılıb, keçirilən baxış nəticəsində onlardan 4 kiloqrama yaxın tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana götürülüb.

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşı – Vurğun Məlikov saxlanılıb, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkarlanıb.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən cinayət işləri başlanılıb. Adıçəkilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.