• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 23.04.2015 16:23

Türkiyədə keçirilən 5-ci Rumi Uşaq oyunlarında karate yarışlarının son günü Azərbaycan idmançıları üçün uğurlu olub

Türkiyənin Konya şəhərində 5-ci Rumi Uşaq oyunlarında karate yarışlarının son günü Azərbaycan idmançıları üçün uğurla başa çatıb. Bir gün əvvəl qızların yarışında bürünc medal sahib olan yeniyetmələrdən ibarət seçmə komandamızın üzvləri bir gün sonra 4 gümüş və daha iki bürünc medal qazanıblar.

Hümmət Baxşəliyev (-52 kq), Anar Novruzov (-57 kq), Əbülfəz Rəhimov (-63 kq), və Nİyazi Məmmədov (+70 kq) finalda qızıl medal imkanlarını əldən veriblər. Əli Quliyev (-70 kq) ilə Ceyhun İsmayılov (kata) bürünc medalların sayını üçə çatdırıblar. Beləliklə yeniyetmə karateçilərimiz Mədinə Sadıqovanın (-47 kq) da qazandığı ilk bürünc mükafatla birgə  5-ci Rumi Uşaq oyunlarında 7 medala sahib olmaqla ümumi hesabda 3-cü nəticə göstəriblər. 10 növ üzrə keçirilən yarışlarda 24 ölkədən 850 idmançı mübarizə aparır.  

İdmançılarımız ayın 24-də vətənə dönəcəklər.