• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 23.04.2015 12:55

Tovuzda məktəbli oğlanlar arasında voleybol üzrə zona yarışları keçirilir

 “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə məktəblilərarası zona yarışlarına 17 şəhər və rayonun təmsilçisi qoşulub. Tovuzda keçirilən yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Qalib adı uğrunda mübarizədə isə 200-ə yaxın idmançı qüvvəsini sınayır. 5 gün davam edən yarışın qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Zona yarışlarının keçirilməsində məqsəd isə I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etməkdir.