• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 23.04.2015 13:25

Göygöl rayonunda “Təhsil hüquqlarının qorunmasında Ombudsman təchizatının rolu” mövzusunda seminar keçirilib

Göygöl rayonunda Ombudsmanın Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə təhsil işçiləri üçün “Təhsil hüquqlarının qorunmasında Ombudsman təchizatının rolu” mövzusunda seminar keçirilib. Bildirilib ki,  ölkə başçısı İlham Əliyev 2011-ci ildə Milli Fəaliyyət Proqramının icrası  haqqında sərəncam imzalayıb. Bu sərəncamın əsas mahiyyəti insanların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmağa yönəlib. 50-dən çox şəxsin iştirak etdiyi seminarda vurğulanıb ki, şagirdlərin dərs və dərsdənkənar məşğələlərdə iştirakı, sərbəst sürətdə təhsil almaları onların hüquqlarına daxildir.