• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 939
— 23.04.2015 13:42

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib

Türkiyənin Gəncədəki Baş Konsulluğunda bu ölkənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib. Hər iki ölkənin dövlət himni səsləndikdən sonra tədbir açıq elan olunub. Çıxış edənlər Türkiyə Cümhuriyyəti və Azərbaycanın tarixi bağlılığından söz açıblar. Bildirilib ki, iki ölkənin sevinci, kədəri ortaqdır və bu, qardaşlığın bariz ifadəsidir. Uşaqlara hörmət və onların qayğısını çəkmək ən böyük mədəni dəyərimiz olub və təqvimdə bir günün onlara həsr edilməsi bu sayğının göstəricisidir. Daha sonra qonaqlar Gəncə şəhəri 1 saylı tam orta məktəbin şagirdləri və 2 saylı internat evinin azyaşlı sakinlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.