• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 23.04.2015 11:04

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulub

Son oyun günündə baş tutan qarşılaşmalardan sonra bütün yarımfinalçıların adı bəlli olub.

İlk görüşdə 0:0 hesabı qeydə alınan "Real" və "Atletiko" komandaları bu dəfə cavab matçı çərçivəsində üz-üzə gəlib. "Santyaqo Bernabeo"da reallaşan oyuna "kral klubu" hücumlarla başlayıb. Əvvəlcə Kriştiano Ronaldonun uzaq məsafədən qüvvətli zərbəsi təhlükəli alınıb.  Ardınca Xames Rodriqesin yerinə yetirdiyi cərimə zərbəsi qapının üstündən keçib. Hücumlarının kəsərini azaltmayan Karlo Ançelottinin yetirmələri 2 dəqiqə aralığında - 31 və 32-ci dəqiqələrdə növbəti dəfə narahat edib. Belə ki, əvvəlcə meksikalı hücumçu Xavier Ernandezin baş zərbəsi yadda qalan olub. Ardınca Kriştiano Ronaldonun cərimə zərbəsini rəqib qapıçı çətinliklə dəf edib. İlk hissənin sonlarına yaxın "Atletiko"nun qapılçısı Oblak və Ronaldo növbəti dəfə duelə çıxıb. Gəl ki, portuqaliyalı futbolçunun zərbəsini "əlcək sahibi" yenə zərərsizləşdirib. İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. İskodan ideal ptürmə alan Ernandez əlverişli fürsət qazansa da, bu imkandan istifdadə edə bilməyib. Olduqca zəif təsir bağışlayan qonaqlar bu azmış kimi, 76-cı dəqiqədə azlıqda qalıblar. Belə ki, Arda Turanın hərəkətini kobud oyun kimi qiymətləndirən qarşılaşmanın baş hakimi türkiyəli futbolçuya ikinci "sarı"nın ardından qırmızı vərəqə göstərərək meydandan qovub. Az keçmiş Çikarito yenidən qol vurmağa yaxın olub. Lakin futbolçunun zərbəsi yenə qapıya düşməyib. Və nəhayət bu futbolçu 88-ci dəqiqədə qol istəyini reallaşdırıb. Xames Rodriqes, Ronaldo və Xavier Ernandezin qurdğu hücumu sonuncu məntiqi sonluqla başa çatdıraraq görüşdə yeganə qolu rəqib qapısından keçirib. "Real" bu nəticə ilə yarımfinala adlayıb.

Digər 1/4 finalın cavab qarşılaşmasında “Yuventus” səfərdə “Monako”yla qarşılaşıb. Evdə fransızları minimal hesabla üstələyən Yuvenin mərhələ adlaması real görünürdü. Oyuna gəlincə “qoca sinyora” səfərdə knyazlıq təmsilçisiylə qolsuz heç-heçəyə razılaşıb. Bununla da, iki oyunun nəticəsinə əsasən italyanlar yarımfinala vəsiqə qazanıb.