• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2979
— 23.04.2015 10:58

ADAU-da Heydər Əliyevə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tələbələrin iştirakı ilə elmi-nəzəri konfrans keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunan tədbirdə bildirilib ki, məqsəd tələbələrin fəallığını artırmaq, onların xarici dil biliklərini inkişaf etdirmək, milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına töhfə verməkdir. 150-dən artıq tələbənin “Heydər Əliyev Fondu Azərbaycanı dünyaya tanıdır” mövzusunda ingilis, alman, fransız və rus dillərində məruzələri dinlənilib.