• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 23.04.2015 10:53

Samuxun Qaraarx kəndində aparan yol asfaltlanır

Samux rayonunda kənd yollarının təmiri istiqamətində işlər sürətləndirilib. 57 saylı Samux Yol İstismar İdarəsinin əməkdaşları bu il üçün nəzərdə tutulan tədbirlər çərçivəsində illərdir bərbad vəziyyətdə olan Qovlarsarı-Qaraarx yoluna asfalt örtüyü çəkirlər.

Nəhayət yerli əhalinin çoxsaylı müraciətlərini nəzərə alan Azəryolservis Qovalarsarı-Qaraarx yoluna asfalt örtüyünün salınmasına başlayıb. Artıq bir neçə gündür sözügedən ərazidə sürətli olaraq iş aparılır. Yolun qısa zaman kəsiyində istismara verilməsi planlaşdırılır.

Qovlarsarı-Qaraarx yolunun ümumi uzunluğu 7 kilometrdir. Bu yoldan Samuxla yanaşı Şəmkir rayonunun Talış, Qaracəmirli, Qasım İsmayılov və Qılıncbəyli kəndlərinin sakinləri də istifadə edir. Sonuncu dəfə yola asfalt örtük təxminən 20 il əvvəl salınıb. Bir neçə dəfə cari təmir işləri aparılsa da bu, yetərli olmayıb. Xüsusən yağışlı havalarda sakinlər müəyən çətinliklərlə üzləşiblər.

Namiq Bayramov- sakin: “Əvvəllər yağışlı havlarda bu yoldan getmək mümkün olmurdu. Avtomobillər tez-tez sıradan çıxırdı. Bir sözlə kənd sakinləri qırağa çıxmaq üçün çox əziyyət çəkirdi. Ancaq bu gün biz çox sevinirik”.

Zakir Quliyev- Samux 57 saylı Yol İstismar İdarəsinin rəisi: “Nəqliyyat naziri cənab Ziya Məmmədov Mingəçevir şəhərində bir sıra rayonlarla yanaşı Samux sakinlərini də qəbul etdi. Samux rayonunun Qaraarx sakinlərinin həmin görüşdə müraciətlərin əsasında hal-hazırda 7 kilometrlik yolun təmiri aparılır. Yaxın vaxtlarda işlər başa çatdırılacaq. Eyni zamanda biz digər istiqamətlərdə də xidmət etdiyimiz yollarda cari təmir işləri aparırıq”.

Samux 57 saylı Yol İstismar İdarəsi 8 kilometri respublika əhəmiyyətli olmaqla ümumilikdə 218 kilometr yola xidmət edir. Bu il idarə tərəfindən Gəncə-Qarayeri, Nəbiağalı-Çobanabdallı-İnstitut və Yenikənd-Poylu avtomobil yollarında təmir işləri aparılıb.

Natiq Hüseyn