• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4328
— 23.04.2015 10:56

Göygöl rayonunda sahələrin suvarılması üçün əsas hazırlıq işləri görülüb

KepezTV Player

Əhalisinin əsas məşğuliyyətini əkinçilik təşkil edən Göygöl rayonunda sahələrin suvarılması üçün əsas hazırlıq işləri görülüb. Bu il rayon ərazisində yeni subartezian quyularının qazılması da planlaşdırılıb.

Göygöl rayon Suvarma Sistemləri İdarəsi tərəfindən nasos stansiyaları, eləcə də subartezian quyularında təmir işləri həyata keçirilib. Ümumilikdə 12 min 510 ha sahəyə xidmət göstərən qurum tərəfindən əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasını təmin etmək məqsədi ilə bütün imkanlar səfərbər olunub.

İlqar Məhərrəmov- Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: “Ərazilərin suvarılmasını təmin etmək üçün mexaniki üsulla 10 ədəd nasos stansiyası vardır, bundan başqa 197 ədəd subartezian quyusu mövcuddur. Tədbirlər planına uyğun olaraq, müəyyən işlər görülüb. Bu il 4 ədəd nasos stansiyasının və 6 ədəd subartezian quyusunun əsaslı təmiri nəzərdə tutulur”.

Ötən illərdən fərqli olaraq bu il rayonda suya olan təlabatın yaxşılaşdırılması ilə bağlı geniş tədbirlərin icrası da həyata keçiriləcək. Belə ki, ölkə prezidentinin sərəncamından sonra Göygöl rayonunda daha 9 subartezian quyusunun qazılması nəzərdə tutulub. Gələcəkdə şoranlaşan  torpaqların da əkinəyararlı hala gətirilməsi üçün hazırlıqlar görülüb.

İlqar Məhərrəmov- Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: “Şəmkir çayından gələn kanal bu il istifadəyə verilməlidir. İstifadəyə verildikdən sonra 1500 ha yeni suvarılan sahə və 2200 ha az suvarılan sahələrdə suvarmanın yaxşılaşdırılmasını nəzərdə tutan ərazilər vardır”.

Yaz aylarında yarana biləcək sel və daşqın hallarının qarşısını almaq üçün çaylarda bəndsalma işlərinə də başlanılıb.

İlham Məmmədzadə