Bu günə xəbərlərin oxunma sayı: 904
— 18.04.2015 09:31

Qırmızı balıq ləvəngisi

1 ədəd iri, hisəverilmiş balıq

2 ədəd pomidor

2 ədəd şirin bibər

Cəfəri

Duz, istiot

Hazırlanma qaydası: Balığı hazırlamaq üçün kənarda pomidor, bibər və cəfərini iri-iri doğrayıb, üzərinə bir az duz əlavə edib qarışdırırıq. Hisəverilmiş balığın qarnını təmizləyib, özümüz hazırladığımız içliyi dolduruq. Sonra içliyin kənara tökülməməsi üçün qarının kənarından mətbəx sapı ilə tikirik və ya sapı qarın hissəyə adi qaydada sarıyırıq. Hazırladığımız tərəvəzli balıq ləvəngisini su vannasında 15-20 dəqiqə müddətində bişiririk. Bunun üçün balığın içinə rahatlıqla sığışacağı diametdə qazan götürüb, içinə dərin doşqab yerləşdirib, 1 st qədər su tökürük. Sonra içi doldurulmuş balığı həmin boşqaba qoyub qazanı ocaqda 15-20 dəqiqə müddətində saxlayırıq. Belə etdikdə tərəvəzlərin dadı balığa çıxacaq və yemək daha ləzzətli alınacaq. Yemək süfrəyə isti və ya ilıq halda təqdim edilə bilər. Nuş olsun!