Bu günə xəbərlərin oxunma sayı: 1052
— 18.04.2015 09:33

Boranı plov

2 kq düyü

1 kq boranı

1 st. bitki yağı

4 st su

Duz

Hazırlanma qaydası: Əvvəlcə düyünü ilıq və duzlu suda 30 dəqiqə müddətində isladırıq. Sonra bişirəcəyimiz qazana düyü, kiçik kub formasında doğranmış boranı və düz əlavə edib üzərinə soyuq suyu tökürük. Qazanı ağzıörtülü halda qaynamağa qoyuruq. Ərzaqlar qaynadıqda düyünü qarışdırmaq lazımdır ki, yapışmasın. Düyü yarıbişmiş olduqda ocağın istiliyini azaltmaq olar. Çəkmə plov olduğuna görə (suyu süzülmür) suyu ocağın üzərində çəkilməlidir. Hazır olana yaxın üzərinə yağ əlavə edib, vam odun üzərində 10 dəqiqə də saxlayırıq və plovumuz hazır olur. Nuş olsun!