Bu günə xəbərlərin oxunma sayı: 902
— 11.04.2015 09:30

Südlü aş

Ərzaqlar: 2 kq düyü, 5 l. süd, 200 q kişmiş, 200 q qayısı, 200 q xurma.

Qazmaq üçün: 1 st. qatıq , 2 ədəd yumurta, 100 q kərə yağı.

Hazırlanması: Düyü əvvəlcə duzlu suda tez bişməsi üçün isladılır. Sonra qaynar südə əlavə edilir.

Düyü süddə yarıçiy vəziyyətə gələnə kimi bişməlidir. Hazır düyünü aşsüzənə süzüb qazmaq hazırlayırıq. Qazmaq hazırlamaq üçün: qatıq, yumurta, yağ qarışdırılır. Sonra içərisinə düyü əlavə edilir. Bişirəcəyimiz qazana yağ töküb qazmağı əlavə edirik. Süzülmüş düyünün içərisinə yağ, qaysı, kişmiş və xurma əlavə edib qarışdırırıq.

Sonra düyünü qazmağın üzərinə əlavə edib vam odun üzərində dəmə qoyuruq. Plov 30 dəqiqə dəmdə qaldıqdan sonra süfrəyə verilir. Nuş olsun!