• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 22.04.2015 19:51

Gədəbəydə kütləvi davanın səbəbkarı, Qusarda isə rayon sakinini bıçaqlayan şəxs saxlanılıb

Bir neçə gün əvvəl Gədəbəydə baş verən kütləvi davada rayon sakinini bıçaqlayan şəxs saxlanılıb. Qusar polisi isə 21 yaşlı gənci naməlum şəraitdə bıçaqlayan şəxsi yaxalayıb.Bir neçə gün əvvəl Gədəbəy rayonunun Qaradağ kəndində baş verən kütləvi dava zamanı Zəhmət kənd sakini Nurlan Aslanovu bıçaqla ölümcül yaralayan şəxsin kimliyi məlum olub. Gədəbəy rayon Polis Şöbəsindən Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, Aslanovun Arıqıran kənd sakini İlqar Nəbiyev tərəfindən bıçaqlandığı məlum olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, davanın səbəbkarı Nəbiyevdir. O, törətdiyi əmələ görə şübhəli şəxs qismində saxlanılıb. Hazırda kütləvi davanın iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qusar polisi rayon sakini Emil Babaxanova bıçaqla ağır xəsarət yetirən şəxsi saxlamağa nail olub. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 19-da 21 yaşlı Qusar şəhər sakini Babaxanov Emil Zaliddin oğlu Qusar şəhəri ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb. 1 bıçaq xəsarəti alan yaralı Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müalicə alır. Fakt üzrə araşdırmaya başlayan polis onu Qusar şəhər sakini Əlişirin Cabbarovun bıçaqladığını müəyyənləşdirilib. O, saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.