• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4594
— 17.09.2014 03:10

İmişlidə və Xaçmazda yol qəzası baş verib

Hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 86-cı km- də Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Mercedes”lə ona əks istiqamətdə hərəkətdə olan “Mercedes” toqquşub. Zərbədən sonra avtomobillər bir-birindən 200 metr kənara sürüklənib. Hadisə nəticəsində sürücülərdən biri Bakı sakini 30 yaşlı Sənan Nəzərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Aşağı ətraflarında sınıq diaqnozu olan yaralı Bakı xəstəxanasına göndərilib. Kimliyi hələ ki, məlum olmayan digər sürücünün də sınıq xəsarətləri aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Hadisə Qımılqışlaq-Hacıisaoba yolunda qeydə alınıb. Xaçmaz rayonu Hacıisaoba kənd sakini, 17 yaşlı Orxan Əhmədov idarə etdiyi “VAZ 2107” markalı avtomaşın idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və sərnişin Xaçmaz rayonu, Hacıisaoba kənd sakini, 17 yaşlı Həbibov Famil Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Famil Həbibov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Orxan Əhmədovun müalicəsi isə xəstəxanada davam etdirilir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.