Bu günə xəbərlərin oxunma sayı: 1061
— 20.04.2015 09:29

Nehrə yağı...

Yəqin ki, çoxlarınız nehrə yağı haqda eşitmisiniz və onun hazırlandığı saxsı qabı da görmüsünüz. Lakin nehrə yağı keyfiyyətli və dadlı olduğu qədər də onun əsl hazırlanma qaydası əziyyətlidir. Nehrəyə tökülən qatıq və bir qədər ilıq su havanın temperaturundan asılı olaraq müəyyən vaxta qədər çalxalanır. Bu vaxt yağ ayrandan ayrılır. Soyuq havada yağ gec başa gəlsə də, miqdarı daha çox olur. Yağ ayrıldıqdan sonra nehrə qazana boşaldılır və içindəki yağ toplanır. Beləliklə, səhər süfrələrinin əvəzolumaz neməti nəhrə yağı hər kəsin damaq dadına uyğun gəlir.