• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 22.04.2015 18:33

Goranboyun baytarlıq apteklərində yoxlamalar aparıldı

Goranboy rayon baytarlıq idarəsi tərəfindən rayonda fəaliyyət göstərən baytarlıq apteklərində yoxlamalar aparılıb. Məlum olub ki, bir aptek qanunsuz fəaliyyət göstərir.

Aprelin 13-dən başlayaraq respublikanın bütün regionlarında fəaliyyət göstərən baytarlıq apteklərində monitorinqlərə başlanılıb.  Məqsəd,  heç bir hüquqi icazəsi, yəni lisenziyası olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətini  dayandırmaq, dövlət qeydiyyatından keçməyən və mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz baytarlıq preparatların satılmasının qarşısını almaqdlr. Müfəttişlər tərəfindən aparılan yoxlamalar zamanı Goranboy rayon mərkəzində yerləşən baytarlıq apteklərindən birinin lisenziyasız fəaliyyət göstərdiyi məlum olub.

Aparılan yoxlamalardan sonra qanunsuz fəaliyyət göstərən aptekin fəaliyyəti dayandırılaraq inzibati qaydada tədbir görülüb.

Səid Məmmədov- Dövlət Baytarlıq Xidmətinin böyük məsləhətçisi: Hal-hazırda Goranboy rayonunda 11 baytarlıq aptekində olmuşuq. 10 baytarlıq aptekinin lisenziya ilə fəaliyyət göstərdiyi müəyyən edilib. 1 baytarlıq apteki isə lisenziyası olmadan fəaliyyət göstərdiyi aşkar edlib. Digər tərəfdən dövlət qeydiyyatından keçməyən, mənşəyi məlum olmayan və yararlılıq müddəti keçən dərman satışını apardığı da məlum olub”    

Analoji yoxlamalar rayonun digər baytarlıq apteklərində də aparılıb. Amma, hər hansı bir qanun pozuntusuna rast gəlinməyib.  Monitorinqlər bundan sonra da davam etdiriləcək.

Elton Cabbarlı