• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4781
— 17.09.2014 03:07

Gəncədə uşağın əli ət maşınında qalıb

Bu gün saat 19 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində Qərib Hüseynova məxsus mənzildə bədbəxt hadisə baş verib. İki yaşlı Əkbər Hüseynovun mətbəxdə olan ət maşınıyla ehtiyasız davranması onun əlinin cihazda qalmasıyla nəticələnib. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Xüsusi alətlərdən istifadə etməklə uşağın əli ət maşınından çıxarılıb və dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda travmatologiya şöbəsində olan Əkbər Hüseynov həkim nəzarəti altındadır. Onun vəziyyəti orta ağır qiymətləndirilir.