• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 28.11.2014 18:06

Bakıda 100-ə yaxın evdən oğurluq edən cinayətkar dəstə yaxalanıb

Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşları paytaxtda 100-ə yaxın evdən oğurluq edən mütəşəkkil cinayətkar dəstəni yaxalayıb. 3 nəfərdən ibarət dəstə vətəndaşlara külli miqdarda ziyan vurub.

Dəstə Gürcüstan vətəndaşı 40 yaşlı Paata Mkurnalidze, Bakı şəhər sakinləri, 31 yaşlı Quram Zeynalov və 27 yaşlı Aleksandr Xusainovdan ibarət olub. İstintaq zamanı məlum olub ki, onlar son bir neçə ayda paytaxtın Xətai, Binəqədi, Nəsimi, Nizami və Yasamal rayonlarında, əsasən 9 mərtəbəli bina evlərindən oğurluq ediblər. Onlar ilk əvvəl mənzillərin qapısını döyüblər. Ev sahibləri evdə olmadıqda  Paata Mkurnalidze xüsusi alətlərin köməyi ilə qapıları açıb.

Oğurluq qızıllar elə həmin gün Gürcüstan Respublikasına aparılıb. Qızılların daha qiymətli hissəsi satılması üçün Rusiaya Federasiyasına göndərilib. Qalanları isə Tiflisdə pula çevrilib. Paata Mkurnalidze satışdan əldə etdiyi pullardan Quram Zeynalov və Aleksandr Xusainova da pay göndərib.

İstintaqla daha sonra müəyyən edilib ki, dəstə üzvü Quram Zeynalov təkbaşına da oğurluq cinayətləri törədib. O, Paata Mkurnalidzedən öyrəndiyi üsullarla evlərin qapısını açıb külli miqdarda pul və qızıl oğurlayıb. O, əldə etdiyi qızılların bir hissəsini Bakıda, qalan hissəsini isə Rusiyada satıb. Dəstə üzvləri oğurluqlar yolu ilə vətəndaşlara ümumilikdə 200 min manatdan çox ziyan vurublar.

Faktlarla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam.