• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 28.11.2014 18:14

Bakıda göyərçin oğruları tutulub

Masazırda göyərçin oğurlayan Bakı sakinləri tutulub. Zərərçəkən Abşeron sakininə 5600 manat ziyan dəyib.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid 309 ünvanında yaşayan Yunis Vəliyev Rayon polis şöbəsinə gələrək evin həyətyanı sahəsində olan quş hininin qapısının sındırılaraq 56 ədəd göyərçinin oğurlanması barədə məlumat verib. Oğrular zərərçəkənə ümumilikdə 5600 manat ziyan vurub.

Araşdırmalar zamanı məlum olub ki, oğurluğu 4 nəfərdən ibarət dəstə həyata keçirib. Şübhəli şəxslərdən ikisi, Zəngilan sakini 29 yaşlı Elməddin Əzimov və Xətai rayon sakini 33 yaşlı Elnur Qoşqarov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər Rafiq və Azər adlı tanışları ilə birgə kafedə oturub, yeyib-içdikdən sonra oğurluq etmək qərarına gəliblər və bunun üçün də Masazır qəsəbəsinə gediblər.

Saxlanılan şəxslər 41 quşu geri qaytarıblar, geri qalanlarının bir qismi isə məhv olub. Faktla bağlı Abşeron rayon polis şöbəsində cinayət işi başlanıb. Hazırda polis Rafiq və Azər adlı şəxsin axtarışlarını davam etdirir.