• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2577
— 17.09.2014 03:06

Atasının avtomobilini qaçıran məktəbli ağır qəza törətdi

Nəticədə 4 nəfər ağır xəsarət aldı,1 nəfər isə xəstəxanada dünyasını dəyişdi. Hadisə bu gün saat 17:00 radələrində Ağstafa rayon Vurğun qəsəbəsi ərazisində baş verib. İçində 5 şagird olan "VAZ 21-011"-lə idarə etməni itirən Orxan Ömərli Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində avtomaşını yol kənarındakı qəsəbənin ünvanını bildirən obeliskə çırpıb. Ağır avto qəza nəticəsində avtomaşının sürücüsü ilə yanaşı sərnişinləri Ağstafa şəhər 33-cü məhəllənin sakinləri 8-ci sinif şagirdi Kənan Əliyev, 10-cu sinif şagirləri Elşad İsmayılov, Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov orada dünyasını dəyişib. Faktla bağlı Ağstafa polisi araşdırma aparır.