• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3055
— 17.09.2014 03:03

Paytaxda iki gəncin mübahisəsi kütləvi davaya çevrilib

Nəticədə bir nəfər bıçaq xəsarəti alıb. Qanlı olay haqqında daha ətraflı növbəti videomaterialda...
Hadisə Abşeron rayonunun Müşfiq qəsəbəsində baş verib. Bir həyətdə, ayrı-ayrı otaqlarda kirayəşin qalan Şamaxı rayon sakini 37 yaşlı Emil Orucov ilə Hacıqabul rayon sakini 21 yaşı Fərrux Qasımov arasında mübahisə düşüb. Belə ki, Emil Orucov otağında yatan zaman qonşu otaqda yaşayan Fərrux Qasımovun televizorun səsini artırması onlar arasında mübahisənin yaranmasına səbəb olub. Mübahisə zəminində Emil Orucov mismarla Fərruxa xəsarət yetirib.
Mübahisə edən şəxslərin qohumlarının müdaxiləsi ilə münaqişə daha da böyüyüb. Müşfiq qəsəbəsindəki boş ərazidə münasibətlərinə aydınlıq gətirən gənclərin mübahisəsi davaya çevrilib. 
Hacıqabuldan Müşfiqə gələn 26 yaşl Elçin Qasımov qardaşının başındakı xəsarətləri gördükdən sonra mübahisənin səbəbini araşdırmaq istədiyini, bu səbəbdən də Fərruxla görüşdüyünü bildirib. Fərruxun görüşə öz adamlarını gətirdiyini deyən Elçin dava zamanı özlərini müdafiə məqsədi ilə Ülvi Allahyarovu bıçaqladığını söyləyib. 
Artıq cinayətdə iştirak edən şəxslərdən 3 nəfər Abşeron rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fərrux və Elçin Qasımov qardaşları hadisədən sonra Hacıqabul rayonuna qaçsalar da, polis onların cinayət məsuliyyətindən yayınmasına imkan verməyib. 
Faktla bağlı cinayət məcəlləsinin qəsdən sağlamlığa xəsarət yetirmə və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar aparılır.