• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1734
— 28.11.2014 11:03

"Qarabağ" Fransadan qələbəyə bərabər heç-heçə ilə dönüb

Avropa Liqasının qrup mərhələsinin F qrupunda yer alan ölkəmizin yeganə təmsilçisi "Qarabağ" Fransadan qələbəyə bərabər heç-heçə ilə dönüb.

Qurban Qurbanovun yetirmələrinin rəqibi ilk oyunda Bakıda 0:0 bərabərə qaldığı "Sent Etyen" komandası olub. Görüşdə hesabı ağdamlılar açıb. 15-ci dəqiqədə komanda yoldaşından ideal ötürmə alan Vüqar Nadirov topu öncə ustalıqla ram edib, ardınca sərrast zərbə ilə qapıçının başı üzərindən tora atıb. Lakin komandamızın sevinci uzun sürməyib. 21-ci dəqiqədə fransızlar hesabda status kvonu bərpa edib. Volfsvinkel İbrahim Şehiçin geri qaytardığı zərbəni qola çevirib.  Bu həm də görüşdə qapılara vurulan sonuncu dəqiq zərbə olub. Səfərdən heç-heçə ilə dönən Ağdam təmsilçisi bu nəticə ilə xallarının sayını 5-ə çatdırıb.

"Qarabağ"ın yer aldığı qrupun digər oyununda artıq birinci yeri özü üçün təmin edən "İnter" Ukraynanın "Dnepr" kollektivini qəbul edib. Görüşdə ilk qol qonaqlardan gəlib. 16-cı dəqiqədə Ruslan Rotan dəiqqət mərkəzinə düşüb. İlk yarım saatın tamamında italyan futbolçular tablodakı rəqəmləri eyniləşdirib.  Zdravko Kuzmanoviç qüvvətli zərbə ilə rəqibi mərkəzə dəvət edib. Milanlılar 50-ci dəqiqədə əzmkar oyun nümayiş etdirərək, hesabı öz xeyrinə dəyişməyi bacarıb. Pablo Osvaldo əlinə düşən fürsəti boşa verməyərək milanlıların ikinci qoluna imza atıb. Bu qol eyni zamanda görüşün yekun nəticəsini təyin edib. 2:1

 

Avropa Liqasının qrup mərhələsi

V tur

27 noyabr

00:05. "Sent-Etyen" (Fransa) – "Qarabağ" (Azərbaycan) - 1:1
Qollar: Vüqar Nadirov, 15 (0:1), Volfsvinkel, 21 (1:1) 
Hakimlər: Kristin Yakobsson, Siqurdur Oli Torleyfsson və Qunnar Qunnarsson (hamısı İslandiya)
Sent-Etyen. “Joffrua Qişar” stadionu

00:05.   “İnter” (İtaliya - “Dnepr” (Ukrayna) - 2:1 
Qollar: Rotan, 16 (0:1), Kuzmanoviç, 30 (1:1), Osvaldo, 51 (2:1)
Qırmızı vərəqə: Andre Ranokkia, 47 ("İnter") 

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

İnter

5

2

2

0

4:1

11

2.

Qarabağ

5

1

2

2

3:5

5

3.

Sent-Etyen

5

0

5

0

2:2

5

4.

Dnepr

5

51

31

3

3:5

4