• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3003
— 17.09.2014 03:02

Tovuzda kişi həmyerlisi tərəfindən bıçaqlanıb

Ötən gün Tovuzda həmyerlilər arasında yaranan mübahisə sonda birinin xəsarət alması ilə nəticələnib. 
Özündən bir neçə yaş böyük Nizami Namazovla sözləri çəpləşən Orxan Kərimov ona kəsici alətlə zərbə endirib. Nəticədə qulaq, baş, üz nahiyələrindən zədələnən Nizami Namazov Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildiriblər. 
Tərəflər arasında yaranan mübahisənin dəqiq səbəbləri tam müəyyənləşməyib.

Faktla bağlı Tovuz Polisi araşdırmalara başlayıb.