• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 27.11.2014 23:47

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları mağaza və apteklərdən oğurluq edən Ceyranbatan sakinini yaxalayıblar

O, 11 oğurluq cinayəti törətməkdə təqsirləndirilir.Aparılan əməliyyat zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən şəxs sabiq polis əməkdaşı Süleyman Abdullayevdir. İlkin dindirilmə zamanı Süleyman Abdullayev törətdiyi cinayət əməllərini etiraf edib. İstintaq araşdırmaları zamanı Süleyman Abdullayevin Abşeron rayonunda 3, Binəqədi rayonunda 2, Yasamal rayonunda 1 marketdən oğurluq etməsi faktları təsdiqini tapıb. Saxlanılan şəxs digər əməllərini isə Sumqayıt şəhəri ərazisində törədib. Üst-üstə 6 il məhkumluğu olan saxlanılan Abdullayev oğurluq hadisələrini əsasən gündüzlər törətdiyini deyib. Süleyman Abdullayevin sözlərinə görə, təkcə Sumqayıtda iki market və aptekdən ümumilikdə 980 manat oğurlayıb. Oğurladığı pulları isə kef məclislərində və narkotik vasitə almaq üçün xərcləyib

Süleyman Abdullayev - saxlanılan şəxs: Bakının bir neçə rayonunda oğurluqlar eləmişəm. Əsasən marketlərdən pullar aparmışam. Ən çox oğurluğum isə Sumqayıtda olub. Oğurluq yolu ilə qazandığım pulları yeyib-içməyə, kefə xərcləyirdim. Narkotik aludəçisi olduğum üçün pulları narkotikə olan tələbatımı ödəmək üçün də xərcləmişəm.

Saxlanılan şəxs hər dəfə pulu qurtaranda tutulmayacağını düşünərək, yenidən oğurluq etmək qərarına gəlib. Süleyman Abdullayev həm narkotik vasitələrdən istifadə etdiyinə, həm də oğuluq etdiyinə görə peşman olduğunu bildirib

Süleyman Abdullayev - saxlanılan şəxs: İndiyədək çirkin işlərlə məşğul olmuşam. Oğurluq yaxşı əməl deyil. Ancaq bu işə məcbur olub girişdim. Mənim evimi narkotik yıxdı. Narkotik bütün insanların həyatını məhv edir. Bütün əməllərimdə özümü günahlandırıram və əməlimə görə çox peşmanam.

Hazırda polis onun analoji çinayətlərdə iştirakının olub-olmadığını araşdırır. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.