• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1895
— 17.09.2014 02:59

Gəncədə və paytaxtın Suraxanı rayonunda qətl hadisəsi baş verib

Qanlı olayın birində 26 yaşlı gənc, digərində 44 və 54 yaşlı kişilər həyatdan məhrum edilib.

Bu gün günorta saatlarında Gəncədə bıçaqlanma hadisəsi baş verib. 
İnsident şəhərin Kəpəz rayon ərazisində qeydə alınıb. Şəki şəhər sakini və hazırda Gəncədə əmək fəaliyyəti ilə məşğul olan 26 yaşlı Vasif Məmmədov adı istintaqda gizli saxlanılan iş yoldaşı tərəfindən bıçaqlanıb. Zərərçəkmiş 
yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasını reanimasiya şöbəsinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 26 yaşlı gəncin meyidi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Hadisəyə ilkin səbəb kimi tərəflər arasında yaranan mübahisə göstərilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.

Suraxanı rayonunda da qətl törədilib. Hadisə Əmircan qəsəbəsi Zahid Əliyev küçəsində, 53 saylı mənzildə qeydə alınıb. Ev sahibi 44 yaşlı Bəkir Musayev və 54 yaşlı Sabir Abbasov amansızcasına qətlə yetirilib. Bir neçə gündür ki, mənzilin ətrafından gələn qoxu qonşuları narahat edib. Bu barədə qonşular yaxınlıqda yaşayan Bəkir Musayevin bacısı Mənzurə Cabbarovaya məlumat veriblər. Bundan sonra mənzilə daxil olan qohumlar mənzildən hər iki şəxsin çürümüş meyidlərini aşkar ediblər. Cəsədləri görən qohumlar onların üzərində küt alət zərbələrinin olduğunu iddia ediblər. Qeyd edək ki, hər iki şəxs spirtli içki alüdəçisi olub. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.