• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 27.11.2014 19:01

Bakıda qumbara satan tutuldu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah və onun komponentlərini əldə edib saxlama və satmaqda təqsirli bilinən şəxsi məsuliyyətə cəlb ediblər. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 50 yaşlı Elman Məhərrəmov 2 ədəd “F1” əl, 2 ədəd isə “RQD 5” qumbaralarının alışdırıcıları ilə birgə satarkən tutulub. Əvvəllər də soyğunçuluq və quldurluq cinayətləri törətdiyinə görə 3 dəfə məhkum olunan Elman Məhərrəmov ifadəsində bildirib ki, qumbaraları hələ məhkum olunmadan əvvəl Yasamal rayonu ərazisindən tapıb. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxsin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.