• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1538
— 27.11.2014 18:47

Azərbaycanda 23 kiloqram narkotiki satan İran vətəndaşı və Lənkəran polisi 3 qadından narkotik vasitə götürüb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İbrahimovda 0,7 qram heroin və 0,7 qram psixotrop maddə olan “Metalfetamin” aşkarlanıb. Onun kirayədə yaşadığı Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fazil Fətullayevə məxsus evə baxış zamanı 0,780 qram heroin, 5,5 qram tiryək, 30 ədəd şpris və narkotik vasitə istifadə etmək üçün vasitələr də aşkar edilərək götürülüb. Evdə narkotik vasitə qəbul edən şəhər sakini Sevinc Dadaşovadan 0,6 qram, Bakı şəhər sakinləri Aybəniz Kərimovadan 0,110 qram, Günel Vəliyevadan 0,3 qram heroin götürülüb. F.Fətullayev saxlanılıb və onda 0,325 qram heroin aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən xəbərə görə, daxili işlər orqanları əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Noyabrın 25-də daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Famil Şirin 23 kiloqram 360 qram tiryəyi satarkən tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.