• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3355
— 27.11.2014 11:52

Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub

A qrupunda reallaşan "Atletiko Madrid" "Olimpiyakos" görüşündə hesab 9-cu dəqiqədə açılıb. Rəqib qapıçının səhvindən sonra Raul Qarsiya tablonu işə salıb. 38-ci dəqiqədə yunanların müdafiəçiləri səhvə yol verib. Bu dəfə Mario Mandjukiç bu səhvi bağışlamayıb. İkinci hissədə Madrid klubu rəqibi daha iki dəfə cəzalandırıb. 62-ci dəqiqədə Mandjukiç baş zərbəsi ilə toru silkələyərək dubl edib. 3 dəqiqə sonra yenidən diqqət mərkəzinə düşməklə het-trik müəllifinə çevrilən xorvatiyalı hücumçu görüşdə son nöqtəni qoyub. "Atletiko Madrid" 4- "Olimpiakos" 0.

Eyni qrupda yer alan "Malmö" evdə "Yuventus"u qəbul edib. Görüşdə hesabı 49-cu dəqiqədə "qoca sinyora" dəyişib. Fernando Lorente qapıçını da aldadaraq topu çərçivəyə salıb. Qarşılaşmanın başa çatmasına 2 dəqiqə qalmış Turin klubu ev sahiblərini yenidən mərkəzə dəvət edib. Karlos Tevezin vurduğu qol italyanlara 2:0 hesablı qələbə qazandırıb.

B qrupunda keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran "Real Madrid" bu tur səfərdə "Bazel"in qonağı olub. Oyunun taleyini 1 qol həll edib. 35-ci dəqiqədə komanda yoldaşının ötürməsindən sonra boş qapını dəqiq nişan alan Kriştiano Ronaldo "kral klubu"nun növbəti qələbəsində əsas pay sahibinə çevrilib.

"Ludoqorets" - "Liverpul" görüşü B qrupunun digər matçı olub. Oyunda ilk dəqiq zərbə bolqarıstanlı futbolçuların ayağına yazılıb. 3-cü dəqiqədə Dani Abolo qapıçının geri qaytardığı zərbəni qolla tamamlayıb. Lakin "mersisaydlılar"ın cavabı gecikmiyib. 5 dəqiqə sonra Lambert status kvonu yaxalayıb. 37-ci dəqiqədə ingilis klubu hesabda önə çıxıb. Yordan Henderson yumşaq mərmini torla qovuşdurub. Ancaq Brenden Rodqersin yetirmələri qələbə hesabını sonadək qoruya bilməyib. 88-ci dəqiqədə Georgi Terziev baş zərbəsi ilə hesabda tarazlığı bərpa edib. 2:2.

Çempionlar Liqasında C və D qruplarında da 4 oyun baş tutub. C qrupunun ilk qarşılaşmasında mərhələ adlamağı qarşısına məqsəd qoyan Zenit "Benfika"nı qəbul edib. Oyunda 1 qol qeydə alınıb. 79-cu dəqiqədə Sankt-Peterburq təmsilçisindən Halkın ötürməsini Danni məntiqi sonluqla tamamlayaraq görüşün taleyini həll edib.

Qrupun digər oyununda Bayer Leverkusen Monakoyla qarşılaşıb. Bu görüşdə də qapı toru 1 dəfə havalanıb. 72-ci dəqiqədə sağ cinah ötürməsini qonaq komandadan Okampos qola çevirərək fransızlara səfərdə minimal hesablı qələbə qazandırıb.

D qrupunda azərbaycanlı fanatların da maraqla gözlədiyi görüş Belçikada reallaşıb. Burada növbəti mərhələ şansını itirən və yalnız ümidini Avropa Liqasına bağlayan "Qalatasaray" "Anderlext"lə üz-üzə gəlib. Hesabı 44-cü dəqiqədə meydan sahiblərindən Mbemba açıb. Bu futbolçu bir daha 86-cı dəqiqədə diqqət mərkəzinə düşüb. Qapıçıdan dönən topu tora göndərən afrikalı oyunçu Anderlextin aktivinə 3 xal yazdıraraq komandansını Avropa Liqasına yollayıb.

Qrupda 1-ci 2-ci yerlər uğrunda mübarizə aparan komandaların duelində Arsenal Borussiya Dortmuntu sınağa çəkib. Start fitindən dərhal sonra hücuma atılan topçular 2-ci dəqiqədə Sanoqoyla erkən qola seviniblər. 57-ci dəqiqədə hesab arasındakı fərq iki topa çatıb. Aleksis Sançesin uzaqdan vurduğu zərbə qapıçı üçün əlçatmaz olub. Beləliklə 2 cavabsız qolla qalib gələn Arsenal qrupda ilk sırada qərarlaşan Borussiya Dortmundla xal fərqini 2-yə endirib.

Çempionlar Liqası

V tur

26 noyabr

 

A qrupu

"Malmö” - "Yuventus" - 0:2

Qollar: Llorente, 49, Teves, 88

 

"Atletiko” - "Olimpiakos" - 4:0

Qollar: Qarsia, 9, Mandzukiç, 38; 62; 65

 

1.

Atletiko

5

4

0

1

14:3

12

2.

Yuventus

5

3

0

2

7:4

9

3.

Olimpiakos

5

2

0

3

6:11

6

4.

Malmö

5

1

0

4

2:11

3

 

 

B qrupu

"Bazel" - "Real" - 0:1

Qol: Ronaldo, 35

 

"Ludoqorets" - "Liverpul" - 2:2

Qollar: Abalo, Terziyev, 88 - Lambert, 8, Henderson, 37

 

1.

Real

5

5

0

0

12:2

15

2.

Bazel

5

2

0

3

6:7

6

3.

Liverpul

5

1

1

3

4:8

4

4.

Ludoqorets

5

1

1

3

5:10

4

 

 

C qrupu

"Zenit" - "Benfika" - 1:0

Qol: Danni, 79

 

"Bayer" - "Monako" - 0:1

Qol: Okampos, 72

 

1.

Bayer

5

3

0

2

7:4

9

2.

Monako

5

2

2

1

2:1

8

3.

Zenit

5

2

1

2

4:4

7

4.

Benfika

5

1

1

3

2:6

4

 

 

D qrupu

"Anderlext" -  "Qalatasaray"  - 2:0

Qollar: Mbemba, 44; 86

 

"Arsenal" - "Borussiya” - 2:0

Qollar: Sanoqo, 2, Sançes, 57

 

1.

Borussiya

5

4

0

1

13:3

12

2.

Arsenal

5

3

1

1

11:7

10

3.

Anderlext

5

1

2

2

7:9

5

4.

Qalatasaray

5

0

1

4

3:15

1