• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 17.09.2014 02:55

Mərakeşdə keçirilən atletika üzrə Dünya Kuboku başa çatıb

Azərbaycan millisi yarışı 1 gümüş medalla başa vurub. Bu uğura Hayle İbrahimov imza atıb. Milliləşdirilmiş legionerimiz 3000 m məsafəni 7 dəqiqə 53,14 saniyəyə qaçaraq, finiş xəttinə ikinci çatıb. Əldə olunan bu rekord Azərbaycan tarixinə ilk kimi düşüb. Qeyd edək ki, İbrahimov ötən ay İsveçrədə keçirilən Avropa çempionatında 5000 m məsafəyə qaçışda da gümüş medala sahib olub.