• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 17.09.2014 02:54

İspaniyanın Bilbao şəhərində keçirilən klublararası Avropa çempionatında 2-ci turun oyunları baş tutub

Azərbaycan klubları II turda nisbətən güclü rəqiblərlə qarşılaşıb. Belə ki, SOCAR Rusiyanın Moskva şahmat yığmasıyla, “Odlar Yurdu” Belçika millisiylə üz-üzə gəlib. Komandalarımız ilk turda olduğu kimi yenə qələbə qazanıb. SOCAR rəqibini 5:1, “Odlar Yurdu” isə 4:2 hesabı ilə üstələyib. Bu gün keçiriləcək 3-cü tur çərçivəsində SOCAR Norveçin “Oslo” komandası ilə, “Odlar Yurdu” isə Almaniyanın “Solinqen” kollektivi ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki təmsilçimizin 4 xalı var.

SOCAR (Azərbaycan) – Oslo (Norveç)
Şəhriyar Məmmədyarov – Yon Lyudviq Xammer
Veselin Topalov– Simen Adqesteyn
Maykl Adams – Ornulf Stabberud
Aniş Qiri - Lars Xauqe
Teymur Rəcəbov - Sebastyan Mixaylov
Van Hao - Mats Persson

ODLAR YURDU (Azərbaycan) - Solinqen (Almaniya)
Emil Sutovskiy - Markus Ragger
Vasif Durarbəyli – Ervin L'Ami
Rauf Məmmədov - Çanda Sandipan
Ülvi Bacarani - Aleksandr Naumann
Qədir Hüseynov - Mads Andersen