• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1505
— 26.11.2014 18:47

Şamaxıda Lisey yataqxanasında yanğın hadisəsi olub

Bu gün günorta saatlarında Şamaxıda şagirdlər yanğın təhlükəsi yaşayıblar. Yanğın Texniki Humanitar Təbiət Fənnləri Təmayüllü Liseyin yataqxanasında qeydə alınıb. 

Liseyin binasında gedən dərs zamanı anidən ətrafı tüstü bürüyüb. Liseyin tədris binasına bitişik olan yataqxanasında yanğın baş verdiyi məlum olub. Uşaqlar dərhal müəllimlərin və liseyin digər işçilərinin köməkliyi ilə binadan evakuasiya olunublar.

FHN-nin Şamaxı rayon Yanğından Mühafizə darəsinin  2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Ancaq yataqxananın ümumi sahəsi 56 kv.m olan otağı içərisindəki avadanlıqlarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun digər tədris binasına və ətraf binalara keçməsinin qarşısı alınıb.

İlkin ehtimallara görə, yanğının elektrik naqillərində baş verən qısaqapanmadan meydana gəldiyi ehtimal olunur. Fakt araşdırılır.