• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3247
— 17.09.2014 02:54

Bu gün Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək

Qitənin 32 ən güclü komandası ilk oyunlarını keçirəcək.

Qarşılaşmalar iki gün davam edəcək. İlk oyunlarda isə azarkeşlər yalnız 16 matç izləyə biləcəklər.

Bu görüşlərdən ən maraqlısı D qrupunda baş tutacaq. Burada qardaş ölkə Türkiyənin “Qalatasaray” klubu doğma publika önündə Belçika “Anderlext”ini qonaq edəcək. “Cim-Bom” start oyunda qələbə qazanmaq niyyətindədir.

Bu qrupun əsas favoritləri Dortmund “Borussiya”sı ilə İngiltərə “Arsenal”ı isə Almaniyada münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında bütün oyunlar eyni vaxtda – Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqası
I tur
16 sentyabr
A qrupu
23:45. “Olimpiakos” (Yunanıstan) – “Atletiko” (İspaniya)
23:45. “Yuventus” (İtaliya) – “Malmö” (İsveç)

B qrupu
23:45. “Real” (İspaniya) – “Bazel” (İsveçrə)
23:45. “Liverpul” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan)

C qrupu
23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya)
23:45. “Monako” (Fransa) – Bayer” (Almaniya)

D qrupu
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə)
23:45. “Qalatasaray” (Türkiyə) – “Anderlext” (Belçika)