• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3570
— 26.11.2014 18:36

Sumqayıtda aptek və mağazaları talayan şəxs tutulub

Sumqayıt polisi bir neçə ərazidə oğurluq edən şəxsi yaxalayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Sumqayıt şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan Süleyman Abdullayev tutulub.

Araşdırmalar zamanı onun Sumqayıtda bir neçə aptekə basqın edərək qarət etdiyi məlum olub.

Bundan başqa, saxlanılan şəxs noyabrın 21-də Günel Bağırovaya məxsus mağazanı da talayıb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.