• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 26.11.2014 18:58

Zaqatalada yolu keçmək istəyən piyadanı avtomobil vurub

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Aşağı Tala kənd sakini Elgün Qardaşov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçmək istəyən piyada, Zaqatala rayonu Göyəm kənd sakini, Nəcməddin Xalayevi vurub. Qəza nəticəsində xəsarət alan Xalayev sürücü tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zaqatala RMX-dan  verilən məlumata görə, zərərçəkmişə başın kəsilmiş-deşilmiş yarası və kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi davam etdirilir.  

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.